RU
Yerevanda silahlı insident: ölən və yaralılar var
14:50
432

Yerevanda silahlı insident: ölən və yaralılar var

Yerevanda yerləşən və Ermənistan parlamentinin sabiq deputatı Melikset Manukyana məxsus "Partez” restoranında silahlı insident baş verib. 

 Bununla bağlı Ermənistanın mətbuatı məlumat yayıb.

Hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

İnsident zamanı "Makarov” və "TT” markalı tapançalardan atəş açılıb. Hadisənin təfərrüatı məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ