RU
Yerin atmosferində karbon qazının rekord miqdarı qeydə alınıb
10:40
25

Yerin atmosferində karbon qazının rekord miqdarı qeydə alınıb

2023-2024-cü illərdə Yer atmosferindəki karbon qazının (CO₂) miqdarında müşahidələrin aparılmağa başlandığı dövrdən bəri ən böyük artım qeydə alınıb.

Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.

Məlumata görə, atmosferdəki karbon qazının miqdarı 3.5 ppm artaraq 423.9 ppm-ə çatıb.

Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, mövcud göstəricilər təsdiq edir ki, istixana qazlarının hazırkı qatılığı bəşəriyyətin heç vaxt qarşılaşmadığı səviyyəyə yüksəlib.

Bundan əlavə, iqlimə təsir edən digər iki güclü amil - metan və azot oksidinin səviyyələri də yeni rekord göstəricilərə çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ