RU
Yersiz cəsarəti həyatına son qoyacaqdı
10:17
572

Yersiz cəsarəti həyatına son qoyacaqdı

Buğa ilə üz-üzə gəlmək heç də həmişə əyləncə ilə başa çatmır.

Bu dəfə də istisna olmayıb.

İspaniyada matadorun yaraladığı heyvanla əylənən gənclərdən birinin yersiz cəsarəti az qala həyatı bahasına başa gələcəkdi.

Yaralı buğanın üstündən tullanmaq istəyən gənc, öküzün buynuzlarından yayına bilməyib. Aldığı zərbə nəticəsində yerə çırpılan korrida iştirakçısının köməyinə ətrafda olan insanlar çatıb.

Hərəkətsiz halda qalan gənc xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir./atv

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ