Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə əlaqədar Erciyes universitetində əməliyyat keçirilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 300-ə yaxın polisin keçirdiyi əməliyyatda universitetin müəllim, tələbə və mühafizəçiləri daxil olmaqla 100 nəfər saxlanılıb.
Saxlanılanlar arasında "Yetenek Sizsiniz"in finalçısı Hakan Akdoğan da var.
Qeyd edək ki, 2009-cu ildə verilişdə iştirak edən Hakan gimnastik hərəkətlərlə final mərhələsinə qədər yüksəlmişdi. O, 2012-ci ildə yenidən "Yetenek Sizsiniz"ə qatılmışdı.








