RU
Yevlax-Bərdə yolunda qəza olub, üç nəfər xəsarət alıb
21:46
164

Yevlax-Bərdə yolunda qəza olub, üç nəfər xəsarət alıb

Yevlax rayonunda yol qəzası baş verib.

"Report” xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ” markalı minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində 2019-cu il təvəllüdlü Əkbərzadə Cahid Pərviz oğlu, 1979-cu il təvəllüdlü Quliyev Rəşid Rövşən oğlu və 1987-ci il təvəllüdlü Gülər Ağakərim qızı Quliyeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ