RU
Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama
17:53
192

Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama

Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Prokurorluqdan 7NEWS.Az-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ