RU
Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini qətlə yetirənlər saxlanıldı - RƏSMİ
00:29
604

Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini qətlə yetirənlər saxlanıldı - RƏSMİ

7NEWS.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə  məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_230112_002740_977.sdocx -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ