RU
Yevlax sakini qəfil yanan işığa qurban getdi
15:18
693

Yevlax sakini qəfil yanan işığa qurban getdi

Yevlax rayonunun Varvara kənd sakini, 55 yaşlı Rafiq Hümbət oğlu Vəliyevi elektrik cərəyanı vurub.

Hadisə Rafiq Vəliyev həyətyanı sahəsinə dolan yağış sularını motor vasitəsi ilə çəkmək istəyərkən baş verib. O, su motorunu üstüaçıq elektrik naqillərinə qoşarkən qəfildən cərəyan paylanıb. O ölüb. Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır:

"Mən işdə idim. Zəng gəldi ki, atanı cərəyan vurub. Həyətdəki suları çəkirmiş. Cərəyan da kəsilibmiş. Elektrik olmadığına görə arxayın öz işini görürmüş. Həmin vaxt cərəyan gəlib. Atamı vurub. Hadisə yerində də dünyasını dəyişib", - deyə mərhumun oğlu Namiq Vəliyev bildirib./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ