Yevlaxda 80 yaşlı kişi dəm qazından boğularaq ölüb. 1944-cü il təvəllüdlü Hümbət Hümbətov yaşadığı evin hamam otağından meyiti yaxınları tərəfindən tapılıb. Onun dəm qazından boğularaq öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.