RU
Yevlaxda karantin qaydalarının pozan toy sahibi cərimələnib
19:20
2460

Yevlaxda karantin qaydalarının pozan toy sahibi cərimələnib

Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Əhmədov və qonaqları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ