RU
Yevlaxda qadını öldürüb kanala atdılar
15:30
702

Yevlaxda qadını öldürüb kanala atdılar

Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun Bakı şəhər sakini Alyona Yanqarova olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunan Ə.Fərmanov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ