RU
Yevlaxda qəza: 3 yaşlı uşaq və sürücü öldü
15:03
1768

Yevlaxda qəza: 3 yaşlı uşaq və sürücü öldü

Araşdırma aparılır.

Yevlax Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətində olan “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Rəhman Əliyev orada ölüb.

Xəstəxananın reanimasiya şöbəsində olan Bakı sakini 65 yaşlı Fəridə Zeynalova hazırda komadadır, travma şöbəsində müalicə olunan Gəncə sakini, 13 yaşlı Sabir Yusifzadənin vəziyyəti stabildir.

12:17

Azərbaycanın Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 yaşlı oğlan ölüb, 3 nəfər ağır xəsarət alıb.

Bakı-Qazax magistralının 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində Zinharov Şaiq Türen oğlunun idarə etdiyi 90-DO-361 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn, Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi 90-DA-851 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə toqquşub.

Nəticədə “VAZ 2106”-dakı sərnişin, 2012-ci il təvəllüdlü Yusifzadə Hüseyn Teymur oğlu ölüb. Avtomobildəki digər sərnişinlər - 2002-ci il təvəllüdlü Yusifzadə Sabir Teymur oğlu, 1950-ci il təvəllüdlü Əliyev Rəhman Yaqub oğlu və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

10:40

Bakı-Qazax magistralında dəhşətli yol qəzası baş verib.

Yolun 281-ci kilometrliyində - Ağdaş rayonu ərazisində 90 DO 361 nömrə nişanlı “Mercedes” ilə 90 DA 851 nömrə nişanlı “VAZ 2106” toqquşub.

Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü və 3 yaşlı körpə oğlan hadisə yerindəcə keçinib. Daha 2 nəfər: 65 yaşlı qadın və 13 yaşlı oğlan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ