Yevlaxda 4 nəfərdən ibarət silahlı dəstə zərərsizləşdirilib.
Yevlax rayon polis şöbəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəfərzadə Elgün Vaqif oğlu, Mahmudov Çingiz İsgəndər oğlu, Babayev Nadir İsaxan oğlu və Şahverdiyev Elvin Şahin oğlu şübhəli şəxs qismində saxlanılıblar. İlkin dindirilmə zamanı dəstə üzvləri noyabrın 18-də rayonun Ş.İ.Xətai küçəsi, ev 16-da yaşayan Bayramova Nazlı Ərşad qızına qarşı soyğunçuluq törətdiklərini etiraf ediblər. Onlar bildiriblər ki, evə daxil olan zaman kənardan diqqət çəkməmələri üçün küçədən gedən elektirik xəttini kəsiblər. Daha sonra içəri daxil olan qrup üzvləri evdə tək yaşayan Nazlı Bayramovanın əl-qolunu bağlayaraq ondan qızıl və pul tələb ediblər. Ev sahibi qışqırıb səs-küy salmaq istədikdə isə onun ağzını yapışqanlı lentlə sarıyıblar. Bundan sonra dəstə üzvləri evdən 800 manat nəğd pul və müxtəlif məbləğdə qızıl-zinət əşyaları aparıblar. Elə həmin gecə bu quldurluq hadisəsindən sonra dəstə üzvlərindən biri - Elgün Cəfərzadə evin hasarından tullanıb qaçarkən, qonşuluqda yaşayan Ruslan Abdullayevlə qarşılaşır. Elgün əlindəki bıçaqla ona yaxınlaşan Ruslanın qarın nayihəsindən bir bıçaq zərbəsi vuraraq, qaçıb. Hazırda şübhəli şəxs qismində saxlanılan dəstə üzvlərinin digər cinayətlərdə əllərinin olub-olmaması araşdırılır./teleqraf
7news.az








