RU
Yevlaxda yük maşınları toqquşaraq aşdı: yaralılar var
12:40
199

Yevlaxda yük maşınları toqquşaraq aşdı: yaralılar var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun rayonun Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "KamAZ" markalı yük maşınları toqquşub. Hər iki avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində xəsarət alan sürücülər ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ