RU
Yevlaxın yeni icra başçısı keçmiş nazirlə də qohum imiş -FOTOLAR
14:45
1016

Yevlaxın yeni icra başçısı keçmiş nazirlə də qohum imiş -FOTOLAR

Dünən Yevlax şəhərinə icra başçısı təyin olunmuş Anar Tağıyevlə bağlı daha bir maraqlı məqam ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkəni olan Tağıyevin, yaxınları da müxtəlif vəzifələrdə çalışır. 

Tanınımış araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı yazır ki, Anar Tağıyevin qardaşı Teymur Tağıyev Milli Məclisin beynəlxalq münasibətlər şöbəsinin Avropa ilə inteqrasiya sektorunun müdiri vəzifəsini tutur, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir. 

 

Onun bildirdiyinə görə, Yevlaxın yeni icra başçısı, həmçının keçmiş rabitə naziri Siruz Abasbəyli ilə də qohumdur. Belə ki, Anar Tağıyevin yeznəsi Emil Abasbəyli "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan"ın baş direktorudur.

 

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ