Siyəzən rayonu ərazisində elan edilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.
DİN Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyi müəyyənləşib.
Məclis dayandırılıb və iştirakçıları saxlanılaraq RPŞ-nə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.
Qayda pozan gənclərin hər bir barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.










