Bu fikirləri açıqlamasında sentyabrın 23-də itkin düşmüş Cəlilabad sakini Aynurə Nağıyevanın (ad şərtidir) atası Ramil Yusifov səsləndirib. R.Yusifovun sözlərinə görə, övladının səhhətində problem yaranıb:
"Mən özüm də gördüm, vəziyyəti yaxşı deyil. Qızın başında problem var, əsəbləri pozulub. İndi tədricən özünə gəlir. Hazırda o biri qızım da uşağıyla bizdədir".
Xatırladaq ki, valideynləri A.Nağıyevanın bacısının həyat yoldaşına qoşulub qaçdığını ehtimal edirdi./olke.az
7News.Az








