RU
Yıldırım Bakıda Şeyxlə birgə
14:54
1085

Yıldırım Bakıda Şeyxlə birgə

Bakıda səfərdə olan Türkiyənin baş naziri Binali Yıldırım Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüb.

7News.az “Anadolu” agentliyiniə istinadən xəbər verir ki, Binali Yıldırım və şeyxülislam “Göy Məscid”də cümə namazı qılıblar.

Namazdan sonra çıxış edən B. Yıldırım Azərbaycana səfərindən məmnun olduğunu bildirib: “Burada özümü vətənimdəki kimi hiss edirəm”.

QMİ sədrinə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın salamlarını çatdıran B. Yıldırım Baş nazir olduqdan sonra ilk səfərini Azərbaycana etdyini xatırladıb. B. Yıldırım eyni zamanda Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib. 

Baş nazir məsciddən çıxdıqdan sonra vətəndaşlarla söhbət edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ