Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun matçları keçiriləcək.
7News.Az xəbər verir ki, bir günlük istirahətdən sonra kişilərdən ibarət əsas millimiz Yunanıstanla üz-üzə gələcək.
İkinci komandamız Rumıniya ilə qarşılaşacağı halda, üçüncü yığmamız Qana ilə qüvvəsini sınayacaq.
Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə üz-üzə gələcək.
Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandı. İkinci millimiz Çexiyanı, üçüncü komandamız isə Çilini sınağa çəkəcək.
Qadınların yarışında qarşıdakı turda əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək.
Olimpiada-2016
VI tur
Kişilər
Yunanıstan (2584) - Azərbaycan-1 (2705)
Dimitrios Mastrovasilis (2601) - Şəhriyar Məmmədyarov (2761)
Xristos Banikas (2571) - Teymur Rəcəbov (2722)
Azanasios Mastrovasilis (2555) - Arkadi Naydiç (2696)
Stelios Halkias (2565) - Eltac Səfərli (2666)
Rumıniya (2572) - Azərbaycan-2 (2576)
Konstantin Lupulesku (2618) - Vasif Durarbəyli (2612)
Mirka-Emilian Parliqras (2595) - Nicat Abasov (2552)
Boqdan-Daniel Deas (2524) - Qədir Hüseynov (2625)
Mihail Marin (2572) – Namiq Quliyev (2577)
Qana (1958) - Azərbaycan-3 (2350)
Erik Anquanda (1951) – Vüqar Əsədli (2406)
Jon Koyo Hasford (1970) – Abdulla Qədimbəyli (2294)
Yosef Yamena (1992) – Məhəmməd Muradlı (2331)
Edvard Tompson (1889) – Pərviz Qasımov (2323)
V turdan sonra turnir cədvəli: 1. Hollandiya, 2. Ukrayna, 3. Hindistan - hamısı 10 xal; ...9. Azərbaycan-1, ...11. Azərbaycan-2, ...15. Rumıniya, 24. Yunanıstan – hamısı 8; ...99. Azərbaycan-3, ...109. Qana – hər ikisi 4.
Qadınlar
Gürcüstan (2474) - Azərbaycan-1 (2320)
Nana Dzaqnidze (2522) - Zeynəb Məmmədyarova (2295)
Lela Javaxişvili (2486) - Günay Məmmədzadə (2361)
Nino Batsiaşvili (2474) - Gülnar Məmmədova (2304)
Salome Melia (2419) – Nərmin Kazımova (2302)
Azərbaycan-2 (2248) – Çexiya (2272)
Türkan Məmmədyarova (2304) – Yoanna Vorek (2360)
Nərmin Xələfova (2219) – Kristina Havlikova (2271)
Ülviyyə Fətəliyeva (2234) – Olqa Sikorova (2234)
Nərgiz Umudova (2247) – Tereza Rodşteyn (2230)
Azərbaycan-3 (2016) – Çili (1957)
Nərmin Məmmədova (2230) – Damaris Qonzarez (2092)
Xanım Balacayeva (2147) – Javiera Barrera (2027)
Gövhər Beydullayeva (1994) – Valentina Kabello (2019)
Aynur Katanova (1784) – Lesli İnzunza (1840)
V turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. Ukrayna – hər ikisi 10 xal; 3. Rumıniya, 4. Çin, 5. Azərbaycan-1 – hamısı 9; ...7. Gürcüstan 8; ...39. Azərbaycan-2, ...47. Çexiya – hər ikisi 6; ...61. Azərbaycan-3, ...72. Çili – hər ikisi 5.








