22:21
Malta - Azərbaycan - 1:1
Qol: Mifsud, 55 - Rahid Əmirquliyev, 36
Ta Qali. Milli stadion. Hakimlər: Harald Lexner, Maksimillian Kolbiç, Andreas Staudinqer, Andreas Haydenrayx (Avstriya)
22:08
Malta - Azərbaycan - 0:1
Qol: Rahid Əmirquliyev, 36
Ta Qali. Milli stadion. Hakimlər: Harald Lexner, Maksimillian Kolbiç, Andreas Staudinqer, Andreas Haydenrayx (Avstriya)
21:01
Bu gün milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
7news.az apasport.az-a istinadən bildirir ki, Robert Prosineçkinin yetirmələri səfərdə Malta ilə qarşılaşıblar.
Xorvatiya ilə evdə keçirilən oyundan bərabərliklə ayrılan milli komandada əhval-ruhiyyə olduqca yüksəkdi. Ümumilikdə isə xorvat məşqçi Robert Prosineçkinin gəlişindən sonra rəsmi oyunlarda məğlub olmayan və qol buraxmayan milli komandamız bu oyuna da qələbə əzmi ilə çıxacaq.
Malta ilə ilk görüşümüzdə evdə qalib gəlməyimiz də bizim üçün üstün cəhətlərdən biridi.
Azərbaycanlı azarkeşlər də Malta ilə matçda yığmamızdan qələbə gözləyirlər. Bunu bacaracağı halda, komandamız xallarının sayını 8-ə çatdıracaq ki, bu da seçmə mərhələni 4-cü pillədə bitirmək şansımızı artıracaq. Bundan əlavə, sabiq baş məşqçi Berti Foqtsun 9 xallıq rekord göstəricisinin yenilənməsi və ya təkrarlanması üçün də şərait yaranacaq.
6 sentyabr
Malta - Azərbaycan - 0:0
Ta Qali. Milli stadion. Hakimlər: Harald Lexner, Maksimillian Kolbiç, Andreas Staudinqer, Andreas Haydenrayx (Avstriya)
Malta: 1. Endyu Hoqq (q), 2. Aleks Muskat, 5. Andrey Aqius, 15. Stiv Borq, 17. Rayan Kamilyeri, 7. Kleyton Faylla, 8. Roderik Briffa, 11. Rouen Muskat, 9. Maykl Mifsud (k), 13. Andre Şembri, 19. Alfred Effionq
Ehtiyat oyunçular: 23. Henri Bonelyo (q), 12. Castin Haber (q), 21. Klifford Baldaxin, 3. Cozef Zerafa, 4. Qaret Skibessa, 6. Klayd Borq, 18. Byörn Kristensen, 22. Zak Muskat, 10. Endryu Koen, 14. Jan Pyer Triqanza, 16. Terens Bella, 20. Stefen Bizani
Baş məşqçi: Pietro Gedin
Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 20. Cavid Tağıyev, 10. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 9. Məhəmməd Qurbanov, 18. Elnur Cəfərov
Baş məşqçi: Robert Prosineçki
7news.az








