RU
Yığmamızın oyunçusu Ukrayna klubu ilə müqavilə bağladı
11:48
661

Yığmamızın oyunçusu Ukrayna klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev karyerasını ölkə xaricində davam etdirəcək.

7News.az xəbər verir ki, 26 yaşlı həmyerlimiz Ukraynanın "Kremen" klubuna transfer olunub.

Yeni mövsümdən Ukrayna Superliqasında debüt edəcək Kremençuk təmsilçisi start ərəfəsində Həmzəyevlə 1 illik müqavilə imzalayıb. O, bununla da klubun tarixinə düşüb. Belə ki, tarixi ərzində yalnız yerli basketbolçulara güvənən komanda üçün Amil ilk əcnəbidir.
 
Qeyd edək ki, mövsümlərarası fasilədə heyətini gücləndirən "Kremen" baş məşqçi postunu Boris Saqaya etibar edib./apasport

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ