Almaniya millisinin baş məşqçisi Yoahim Löv həyat yoldaşı Daniela Löv ilə boşanır.
7News.Az xəbər verir ki, 56 yaşlı çalışdırıcı 30 illik evli olduğu 54 yaşlı Danieladan ayrılacaq.
“Bild” nəşrinin məlumatına görə, məşhur cütlük uzun zamandır ki, anlaşılmazlıq yaşayırdı. Nəticədə onlar boşanmaq qərarı veriblər.











