Bakıda gizlənib xidmət aparan yol polisinin görüntüsü oxucuların biri tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınan
videodan aydın şəkildə görünür ki, Nizami rayon DYP şöbəsinin 99-YP-276
qeydiyyat nişanlı patrul avtomobili yolun sağında gizlənərək xidmət aparıb.
O, sürət həddini aşan sürücüləri qeydə almaq üçün radar qurub.
Qeyd edək ki, bir müddət əvvəl Yol Patrul Xidməti haqqında təlimatdan gizli
xidmət çıxarılıb. Ona görə də gizlənib xidmət aparmaq təlimatın tələblərinin
pozulmasıdır.








