RU
Yol polisi qəzada ağır xəsarət aldı - Video
18:30
202

Yol polisi qəzada ağır xəsarət aldı - Video

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, hərəkətdə olan yük avtomobili ("Tır”) DYP avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində yol polisi serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə başından ağır travma alıb.

Yaralı polis əməkdaşı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ