RU
`Yol polisi sizi təhqir edirsə, dalaşmayın...`
21:27
1304

`Yol polisi sizi təhqir edirsə, dalaşmayın...`

“Sürücülər polis əməkdaşları tərəfindən kobud rəftarla üzləşirlərsə, mütləq aidiyyatı qurumlara məlumat verilməlidir”.

Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev son günlər DYP əməkdaşlarının sürücülər tərəfindən döyülməsinə münasibət bildirərkən deyib.

DYP rəsmisi polis əməkdaşlarının vətəndaşlara kobud davranması ilə bağlı onlara müraciət daxil olduğunu bildirib:

“İstənilən halda münaqişənin baş verməməsi üçün vətəndaş DYP əməkdaşı tərəfindən qanunazidd hərəkətlərlə rastlaşırsa, polis əməkdaşları etik davranış kodeksinin tələblərini pozursa, vətəndaşları qıcıqlandıracaq hər hansı fikir səsləndirirsə, həmin şəxsin cəzalandırılması üçün onun xidmət etdiyi orqanın rəhbərliyinə müraciət etməlidir. Bunun üçün 102 zəng xidməti var. Eləcə də DYP-nin 902 qaynar xətt xidməti fəaliyyət göstərir. Sürücü polis əməkdaşı tərəfindən təhqir olunduğu düşünürsə, bununla bağlı müraciət etməlidir”.

K.Əliyevin sözlərinə görə, yol polisi əməkdaşları vətəndaşlarla ünsiyyətdə olan zaman mikrofonu işlək vəziyyətdə saxlamalıdır. Bununla həmin polis əməkdaşının danışıqlarında neqativ hala yol verib-verməməsini rahatlıqla araşdırmaq olur.

K.Əliyev vətəndaşlardan xahiş edib ki, sürücülər belə hallarda polis əməkdaşları ilə münaqişə yaratmasınlar.

“Polisə qarşı zor tətbiq etmək olmaz. Bunun üçün şikayətləri varsa, qaynar xətt xidmətlərinə şikayətlərini deyə bilərlər”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ