RU
Yol polisi sürücüyə
15:04
584

Yol polisi sürücüyə "qırmızıdan keç" dedi, qəza baş verdi - VİDEO

Sağa-sola baxmadan hərəkətə başlamaq təhlükəlidir
 
 

Bu gün Cəfər Xəndan küçəsi ilə Azadlıq prospekti kəsişməsində yol polisi əməkdaşı hərəkəti tənzimləməyə çalışıb. Polis işıqforun yaşıl işığının yanmasına 10 saniyə qalmış Azadlıq prospektində hərəkəti dayandırır, amma qarşı hərəkət zolağı çox uzaq olduğundan sürücülər YPX əməkdaşının göstərişini görmür. 90 PZ 980 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil isə polis əməkdaşına arxayın olub sağa-sola baxmadan hərəkətə başlayır və nəticədə qəza baş verir.

Avtosfer.az sözügedən görüntüləri təqdim edir:

 

7News.Az

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ