RU
Yol polisi vəzifəli şəxslərin avtomobillərini cərimə meydançasına apardı
17:32
539

Yol polisi vəzifəli şəxslərin avtomobillərini cərimə meydançasına apardı

Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib. 

Reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib. 

Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə rayon şöbəsinin cərimə meydançasına aparılıb.

Yol polisi reyd zamanı Bərdə Rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb. Reyd zamanı məhkəmənin iki hakiminə məxsus "Toyota Prado” və "Hyundai Elantra” markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib.//oxu.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ