RU
Yol polisindən qaçan «avtoş» qəza törətdi
11:44
1706

Yol polisindən qaçan «avtoş» qəza törətdi

Kamran Hüseynov qaçmağa çalışmasını sürücülük vəsiqəsinin olmaması ilə əsaslandırıb.

Bakıda yol polisindən qaçan avtoxuliqan qəza törədib.

Yol polisi əməkdaşları «VAZ-21011» markalı, 10 EH 807 dövlət nömrə nişanlı avtomobili saxlamaq istəyiblər. Lakin sürücü, 23 yaşlı Kamran Hüseynov polis əməkdaşlarının qanuni əmrinə tabe olmaqdan imtina edib və Niyazi küçəsi ilə «Azneft» meydanı istiqamətində hərəkətini davam etdirib. Dairədə idarəetməni itirən sürücü maşını ağaca çırpıb.

Qəzadan sonra sürücü Kamran Hüseynov və sərnişinlər - bir kişi, iki qadın maşından düşüb qaçmağa başlayıblar. Dənizkənarı Milli Parka qaçan sürücü və sərnişinlər bulvar idarəsinin mühafizəçilərinin yardımı ilə saxlanılıb. Sürücü qaçmağa çalışmasını sürücülük vəsiqəsinin olmaması ilə əsaslandırıb. Qəzaya uğrayan avtomobil cərimə meydançasına aparılıb. Avtoxuliqanlıq edən sürücü barəsində protokol tərtib olunub./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ