RU
Yol polisinin ölümündə ittiham olunan sürücü bəraət aldı
08:53
265

Yol polisinin ölümündə ittiham olunan sürücü bəraət aldı

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Əli Hüseynovun e-huquq.az-a verdiyi xəbərə görə, məhkəmə təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Yeni hökmə əsasən,  təqsirləndirilən şəxsə bəraət verilib. 

Qeyd edək ki, A. Tahiroviçə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 5 il məntəqə tipli cəza verilmişdi.

Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A. Tahiroviçin  idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə X. Bağırzadə dünyasını dəyişib. 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ