RU
Yol polisləri motosikletçini evakuatorun köməyi ilə saxladı: Təqib
11:01
2479

Yol polisləri motosikletçini evakuatorun köməyi ilə saxladı: Təqib

Yol polisinin "saxla" göstərişinə tabe olmayan motosikletçi bir neçə dəfə qəza şəraiti yarıdıb.

Bakıda yol polisləri onlara tabesizlik göstərən motosiklet sürücüsünü başqa maşınların və xüsusilə də, evakuatorun köməyi ilə saxlaya biliblər. Qaçdı-qovdu əməliyyatı Daxili İşlər Nazirliyinin (DİN) "Təhlükəsiz şəhər" kameraları vasitəsilə qeydə alınıb.

Videodan göründüyü kimi, DYP əməkdaşlarına tabe olmayan motosikletçi "Olimp" mağazasının yaxınlındakı svetoforda iki Yol-Patrul Xidməti avtomaşınının arasından qaça bilir. O, qarşı yola çıxaraq qaçır. Lakin bir qədər getdikdən sonra da əks yola çıxmaqla təhlükəli manevrlər edir. Bu zaman səkiyə sıxışan motosikletçinin yoluna evakuator avtomobili kəsir.

Yalnız bundan sonra motosikletçini durdurmaq mümkün olur. Yol polisinin "saxla" göstərişinə tabe olmayan motosikletçi bir neçə dəfə qəza şəraiti də yarıdır. O, "Cavid" parkının yaxınlığında yol polisi tərəfindən verilən "saxla" işarəsinə tabe olmayaraq qaçmağa çalışırdı./day

7news.az

Həmin görüntüləri təqdim edirik:

//

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ