RU
Yol polisləri qəzaya düşdü
10:50
205

Yol polisləri qəzaya düşdü

Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, "VAZ 2107”, "VAZ 21099” və YPX-yə aid "BMW” markalı avtomobillər toqquşub. 

Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, "VAZ 2107”-də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ