RU
Yol qəzası baş verib, xəsarət alan var
22:53
584

Yol qəzası baş verib, xəsarət alan var

Göygöldə 1 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə Gəncə Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobillə "QAZ 24" markalı avtomobilin toqquşması nəticəsində "Opel" də olan sərnişin, Goranboy rayon Cinli Boruslu kənd sakini, 1990-cı il təvəllüdlü Nərgiz Hüseynova xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır./kepez

7news.az

Məqaləyə dair fotomateriallar:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ