Samuxda yolda kişi meyiti tapıldı.
Gecə təxminən saat 00:16-da Samux Rayon Polis Şöbəsinə Gəncə-Qarayeri avtomobil yolunun Samuxun Ziyadlı kəndi ərazisindən keçən hissəsində kişi meyiti olduğu barədə məlumat daxil olub.
Polis əməkdaşları əraziyə gəliblər. Meyitin təxminən 55-60 yaşlarında olan kişiyə məxsus olduğu müəyyənləşib. Onu avtomobilin vurduğu güman edilir.
Hazırda ölən şəxsin kimliyi və hansı səbəbdən həyatını itirdiyini aydınlaşdırmaq istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










