Son günlər yollarda sürücüləri müxtəlif bəhanələrlə aldadıb pul alan dələduzlarla bağlı məlumat vermişdik.
Bu dəfə isə həmin "yolkəsənlərin" başqa bir videosu yayılıb.
Həmin videonu Facebook-da həkim-kardioloq Azər Məlikov paylaşıb.
Azər bəy videoya belə şərh də yazıb: "Bu gün axşamüstü Salyandan Bakıya qayıdırdım. Yolda bir nəfər arxada maşının işiqlarını yandırıb-söndürüb nəsə demək istədiyini bildirdi. Maşını saxladım. Yanımda həkim yoldaşlardan biri də var idi. Bizə yaxınlaşdı, sonra nə baş verdiyini videoda özünüz görəcəksiniz. Yeni dələduzluq nümunəsini Sizlərə təqdim etməkdə məqsədim odur ki, belə həyasızlardan mümkün qədər uzaq olasınız. Dələduzun avtomobilinin nömrəsi 10-ZM-448, "LADA 21010"-dur. Videodakı tarix fərqlidir, çünki registratorun menyusu Çin dilində olduğundan düzəliş etmək mümkün olmadı.
Əvvəl miniatür bir Quran kitabı verir. Sonra isə üzərində ərəb dilində dualar yazılmış lövhəni satır. Çox professional dələduzluq".
Bu avtomobilin nömrəsini yadda saxlayın və aldanmayın. O adamların satdığı malların bazarda dəyəri qat-qat ucuzdur./milli
7news.az








