Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şirvan Regional İdarəsinin əməkdaşları Hacıqabulda reyd keçirib. Qeyri-qanuni şəkildə sərnişin daşınmasına qarşı təşkil edilən reyd zamanı bir neçə sürücü inzibati məsuliyyətə cəlb olunub.
7news.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, sənədlərinin olmamasını yenicə fəaliyyət göstərməsi əlaqələndirir. Bu isə sərnişindaşıma ilə məşğul olmadığını sübut etməyə çalışır.
Kadrlar Nəqliyyat müfəttişlərinin Hacıqabulda keçirdiyi reyddəndir. Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyddə yazılan protokollarla razılaşmayanlar da oldu.
Bir neçə sürücü barəsində protokol tərtib olunub, nəqliyyat vasitələri müvəqqəti dayanacağa yerləşdirilib. Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.
7news.az








