RU
17:40
293

"Yolka" sifariş etdi - Görün nə gətirdilər - FOTO-VİDEO

Britaniyanın 49 yaşlı sakini Polett Aleksander "Facebook" səhifəsində reklamların birində pultla idarə olunan şam ağacı görərək sifariş verib, lakin evə çatdırılan "yolka" onu məyus edib.

Cəmi 5 dəqiqəyə quraşdırılan və 30 funt sterliq (təxminən 67 manat) qiyməti olan şam ağacınının əvəzinə, ona yalnız bir budaq göndəriblər.

Polettin ağır xəstə olan yoldaşı əməliyyat olunmalıdır və evə bayram öncəsi qayıtmalı olduğu üçün qadın ona sürpriz etmək istəyib.

Bütün planları "suya düşən" Polett "sürpriz"i qaytarıb, pullarını geri almaq üçün şirkətə müraciət edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ