RU
Yolun ortasında dayanan gənci avtomobil belə vurdu
14:08
710

Yolun ortasında dayanan gənci avtomobil belə vurdu

Əksər hallarda yolun hərəkət hissəsində baş verən yol qəzalarında sürücülər elə yolun ortasındaca dayanıb ya mübahisə edirlər, ya da hadisə yerinə yol polisinin və sığorta agentinin gəlməsini gözləyirlər. Lakin bu, olduqca təhlükəlidir.

7News.az bildirir ki, təqdim edilən bu video belə halların nə qədər təhlükəli olduğunu bir daha təsdiq edir. Videodan da göründüyü kimi, yolda iki avtomobil toqquşub və sürücülər maşınları yolun ortasında saxlayaraq nəyisə aydınlaşdırmağa çalışırlar. Bu zaman arxadan gələn daha bir maşın onlara dəyir. Digər avtomobil isə toqquşmadan yayınmaq istəyərkən yolun ortasında dayanmış sürücünü vurub asfalta sərir. Belə vəziyyətdə vuran yox, yolun ortasında şou göstərənlər məsuliyyət daşımalıdırlar./avtosfer

7News.az

Yolun ortasında dayanan gənci avtomobil belə vurdu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ