RU
Yolun ortasinda şou göstərdilər - Toy karvani - VİDEO
17:42
646

Yolun ortasinda şou göstərdilər - Toy karvani - VİDEO

Yenə toy karvanı, yenə təhlükəli hərəkətlər... Görüntülər Türkiyənin İstanbul şəhərində lentə alınıb.

Bəy və gəlini əyləndirmək istəyən dostları, onlar üçün şou hazırlamaq qərarına gəliblər. Buna görə də, toy karvanına bir neçə müxtəlif idman maşınları da əlavə ediblər. Daha sonra həmin avtomobillərlə bir-bir gəlin maşınının qarşısına keçərək, təhlükəli driftinq manevrləri gerçəkləşdiriblər. Bununla da gediş-gəlişin qarşısını kəsən toy karvanı yolda uzun tıxacın yaranmasına səbəb olub.

Yolda olan digər sürücülərin narazılığına baxmayaraq, toy karvanı iştirakçıları yalnız şoularını bitirdikdən sonra yolu açıblar. 

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ