RU
Yoqa ilə məşğul olun
17:12
644

Yoqa ilə məşğul olun

Nə gimnastika, nə də başqa bir idman növüdür.

Bu yoqadır. İlk baxışdan adi idman hərəkətlərini xatırlatsa da, bu tapşırıqların, bütövlükdə insan orqanizminə və psixoloji vəziyyətinə böyük təsiri var. Psixoloji cəhətdən yoqanın bir neçə dərəcəsi var, onlardan ən sonuncusu isə ruhən yaradana yaxınlaşmaq mənasına gəlir. Bütün bunlara nail olmaq üçün isə bu cür hərəkətləri tələsmədən, dəqiqliklə və ən əsası düzgün nəfəs alaraq yerinə yetirmək vacibdir.

41 yaşlı yoqa müəllimi Elşad Rəhimov 5 ildir yoqa dərsləri keçir. Bu məşğuliyyətə bir hobbi kimi yanaşan yoqa müəllimi əslində biznesmendir. Təəccüblü olsa da, müsabihim deyir ki, yoqa ilə məşğul olduqdan sonra biznesini daha da inkişaf etdirməyi bacarıb. Bu isə ilk növbədə, insanların yoqaya yalnız idman deyil, həm də ciddi psixoloji hazırlıq nöqteyi-nəzərdən anaşmasından asılıdır.

Sanskrit dilindən tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verən yoqa - altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa və başqa mərhələlərə bölünür. Ağılasığmaz səslənsə də, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, başqaların fikirlərini oxumağı və digər qeyri-adi bacarıqlara yiyələnir.

Adət yoqa ilə həftədə 3-4 dəfə məşğul olmaq kifayətdir. Lakin daha böyük nəticə əldə etmək üçün hər gün bir saat-saat yarım məşğul olmaq məsləhətdir.  Səhər, günorta və ya axşam, fərqi yoxdur./atv

7news.az

 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ