Hər zaman islamda cinsəllik mövzusunu dilə gətirən islam alimi verdiyi yeni bəyanatla gülüş və qınaq obyektinə çevrilib.
Belə ki, Nurəddin Yılmaz bu dəfə daha da irəli gedərək yorğanın cinsi istəyi artırdığını bildirib: "Gənclər yatağa girən kimi gözlərini yumub yuxuya getməlidirlər. Əks halda, yorğan sizin cinsi istəklərinizi şiddətləndirər və ağlınıza haram fikirlər salar. Yataqda keçirilmiş hər bir boş dəqiqə şəhvətə doğru sürüşmüş bir dəqiqə hesab olunur. Yatağın forması, döşək, yorğan elə halda olmaldır ki, insanı, xüsusən də gənc kişiləri şəhvətə sürükləməsin”,- deyə ilahiyyatçı bildirib.
7News.az








