“YouTube” 2017-ci ildə internet üzərindən ödənişli TV xidməti təqdim edəcək.
7News.az bildirir ki, “Unplugged” adı verilən sistem internet üzərindən normal və kabel TV kanallarının yayımının həyata keçirəcək.
“Bloomberg News”ın məlumatına görə, yeni xidmət ayda 35 dollar olmaqla 2017-ci ildə tətbiq olunacaq.
“Google”nin tərkibində olan “YouTube” şirkəti yeni xidmətin tətbiqi üçün “NBCUniversal” , “Viacom” , “Twenty - First Century Fox” və “CBS” kimi məzmun təminatçıları danışıqlarda olduğu iddia edilir .
“YouTube” mövzuyla əlaqədar, hələ ki, açıqlama verməyib.








