Kanalda artıq yüz minlərlə biri-birinə oxşar belə videolar yüklənilib.
Onun haqqında artıq bütün dünya KİV-ləri yazır.
Lakin bu videoların kimin tərəfindən və nə məqsədlə yükləndiyini hələ də məlum deyil.
"Youtube"da mövcud olan bu kanalın Webdriver Torso adlı istifadəçisi ilk videonu 23 sentyabr 2013-cü ildə yerləşdirib.
Maksimum 10-11 saniyəlik olan bu videolarda mütəmadi olaraq yerlərini dəyişən göy və qırımızı rəngli düzbucaqlar yer alır.
Bununla yanaşı, həmin görüntülərdə müəmmalı siqnallar da mövcuddurr.

Kanalın istifadəçisi bu günə qədər bu görüntülər barəsində yalnız bir dəfə məlumat verib.
2013-cü il "Matey çox ağıllıdır" şərhini yazan bu şəxsdən daha sonra səs soraq gəlməyib.
Həmən sözlər o Eyfel qülləsini çəkərkən komyuterində görünür.
Məhz bu video görüntünü 7News.Az olaraq təqdim edirik.

Lakin "Matey"in kim oldugunu hələ də heç kimə məlum deyil.
Ən inandırıcı 2 versiyadan biri cəsusların biri-birilərinə bu növ gizli mesaj göndərmələri, digəri isə isə yadplanetli canlının müdaxiləsi olduğunu təxmin etməsidir.
Ancaq çətinki cəsuslar dayanmadan gün ərzində hər 2-3 dəqiqədən bir mesaj yazsınlar.
Qeyd edək ki, bir çox istifadəçilərin sözlərinə görə bu videolara çox baxmaq insanlara mənfi təsir göstərə bilər.
7news.az








