RU
`Youtube`dan öyrəndi, dünya çempionu oldu - VİDEO
13:56
518

`Youtube`dan öyrəndi, dünya çempionu oldu - VİDEO

Keniyalı idmançı Culios Yeqo Çinin paytaxtı Pekində keçirilən yüngül atletika üzrə dünya çempionatında nizəatma yarışlarında qalib olub. Yeqo nizəni 92,72 metr uzağa atıb.


7News.Az-ın məlumatına görə, bu barədə azVision.az `BBC`yə istinadən xəbər verir. 

Keniyalı idmançı etiraf edib ki, o, nizə atmağı özü öyrənib. O, bunun üçün `Youtube` video portalında Olimpiya çempionu Andreas Torkildisin çıxışlarını izləyib. 

`Mənim məşqçim yoxdur. Mənim motivasiyam daxildən gəlir. Məşqçisiz məşq etmək elə də asan deyil`, – deyə o, 2013-cü ildə verdiyi müsahibəsində bildirib. 

Məşqçi tapmağın çətinliyini Yeqo belə izah edib: `Keniyada hamı qaçışla məşğul olur. Ona görə də idmanın başqa növü üzrə məşqçi tapmaq olduqca çətindir`.

Qeyd edək ki, Culios Yeqo 2010-cü ildən etibarən milli və beynəlxalq yarışlarda iştirak etməyə başlayıb. Ümumafrika Oyunlarında qalib gəldikdən sonra isə onun fin məşqçisi olub. 2012-ci il London Olimpiyadasında 12-ci yeri tutub. 

Hazırda Keniya millisi Pekində keçirilən dünya çempionatında qızıl medalların sayına görə liderdir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ