Samsunun Bafra Mahalında məktəbə getmək üçün evdən çıxan və bir daha geri qayıtmayan 13 yaşlı Ç.T.-dən xəbər var.

7News.az haberler-ə istinadən xəbər verir ki,13 yaşındakı Ç.T. qonşularının evində tapılıb. Polis hadisə ilə əlaqədar 6 şəxsi nəzarətə götürüb.
TƏFƏRRÜAT
Samsunun Bafra Mahalı Altınkaya Məhəlləsində yaşayan 8-ci sinif şagirdi Ç.T. 6 gün əvvəl məktəbə getmək üçün evdən çıxıb. Bir daha evə dönməyən qızı axtaran ailəsi məktəbə gedib. Qızlarının məktəbə də getmədiyini öyrənən ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. İtkin qız dünən axşam saatlarında ailəsinə zəng edərək köhnə qonşuları olan bir qadının Fevzi Çakmak Məhəlləsindəki evində olduğunu söyləyib. Ailəsi qızlarını alaraq Bafra İlçe Təhlükəsizlik İdarəsi Uşaq Şöbə Bürosuna aparıblar. Hadisə ilə əlaqədar istintaqa başlayan polislər biri qadın olmaqla 6 şəxsi nəzarətə götürüblər. Hadisə ilə əlaqədar istintaq davam edir.
7News.az








