RU
“Öyrənib, Öyrətməliyik” layihəsi yekunlaşıb
09:42
447

“Öyrənib, Öyrətməliyik” layihəsi yekunlaşıb

Bölgələrdə həyata keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olan "Öyrənib, Öyrətməliyik” layihəsi başa çatıb.
 
Layihədə yaşı 15-18 olan gənclər iştirak edib. İntellektual yarışlarda gənclərə vətənpərvərlik, ana dilimiz, tarixi şəxsiyyətlərimiz, işğal olunmuş torpaqlarımız haqqında  suallar verilib. Qalib gələnlərə hədiyələr təqdim olunub. Layihə rəhbəri Yalçın Abbasovun dediyinə görə, bu yarışların məqsədi gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi və vətənə layiqli övladlar yetişdirilməsinə dəstək olmaqdan ibarətdir. 
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ