RU
Yük avtomobili yandı - İmişlidə
12:25
472

Yük avtomobili yandı - İmişlidə

İmişlidə tikinti materialları daşıyan yük maşını yanıb.

7News.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. İmişli rayonuna  tikinti materialları satmaq məqsədi ilə gələn Oğuz rayon sakini Rəşad İbrahimova məxsus "Hundai” markalı  99 XL 548 dövlət nömrə nişanlı avtomobilin yük yerində qəflətən tüstülənmə baş verib. Qısa müddətdə alov yük yerini əhatəsinə alıb. 

Yanğının söndürülməsinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika  və  canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. Yük maşını yanğından xilas edilsə də,  yük yerində olan malların  xeyli hissəsi yanaraq sıradan çıxıb. Sürücünün bildirdiyinə görə, avtomobildə 50 min manatlıq tikinti materialı olub. Yanğın zamanı avtomobilin sürücüsü tüstüdən zəhərlənib. Həkimlər sürücüyə tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ