RU
Yük maşını 600 manat cərimələndi
14:43
465

Yük maşını 600 manat cərimələndi

Normadan artıq yüklənmiş bir-neçə yük maşınına cərimə tədbiq olundu.

Bu barədə "Azəravtoyol” ASC-dən məlumat verilib.

Bildirilib ki, görülən işlər nəticəsində normadan artıq yüklənmiş "Kamaz” markalı yük maşınında olan 36 ton yük azaldılaraq, 27 tona endirilib. Sürücüyə DYP əməkdaşları tərəfindən 600 manat cərimə tətbiq edilib. Yalnız bundan sonra yenidən hərəkətinə icazə verilib.

Qeyd edilib ki, bu cür maşınlar yol infrastrukturuna ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün əsl təhlükə mənbəyidir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ