RU
Yük maşını
23:30
500

Yük maşını "BMW" ilə toqquşdu: yaralanan var

Şəmkirdə yol qəzası baş verib.

7news.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Bakı-Qazax magistarlının Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"BMW" markalı minik maşını ilə "İsuzu" markalı yük avtomobili toqquşub. Nəticədə "BMW"-nin sürücüsü 33 yaşlı Sənan Tağıyev xəsarət alıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bud sümüyü sınan Tağıyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ