Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İyulun 28-də saat 21 radələrində Goranboy rayonunun Balakürd kəndində kənd sakini Elşən Hüseynov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən həmkəndlisi Raqif Əbdüləzimovu vurub.
R.Əbdüləzimov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








