Bakıda yük maşını qəza törədib.
Hadisə paytaxtın Nobel prospektində baş verib.
"Shacman” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.
Qəzaya səbəb kimi qeyri-sabit hava şəraiti göstərilir. Sürücünün xəsarət aldığı bildirilir.
Hazırda yük maşınının ərazidən götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Tıxacın aradan qaldırılması istiqamətində iş gedir./trend
7news.Az








